Bu gün dünyada "Beynəlxalq Qüds günü" qeyd edilir

Nəşr tarixi:18/03/1397
İslamazeri.com xatırladır ki,  dünyada bu gün, Ramazanın son cüməsi "Beynəlxalq Qüds günü" kimi qeyd edilir.
Mübarək Ramazan ayının sonuncu cüməsi İslam Dünyasında “Qüds günü” kimi qeyd edilir. Mərhum İslam alimi və mütəfəkkiri Ayətullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət  və zülmə etiraz etmələri günüdür.
Bu günlərdə, Qarabağımız hələ də, erməni terrorçularının işğalı altında olduğu kimi, müsəlmanların ilk qibləsi olan Qüds də, İsrailin işğalı altında qalmaqda davam edir.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar hər iki rejim haqqında qətnamə qəbul etsədə, bu heçə sayılmaqda, dünya imperialistləri iki; erməni və yəhudi lobbisinin təsirilə Qarabağ və Fələstinin - iki müsəlman torpaqlarının işğalda qalmasına zəmin yaratmaqdadırlar.
Fələstindəki özünümüdafiə qüvvələri öz torpaqlarını müdafiə etməsinə görə, beynəlxalq qınaq işə düşdüyü halda,   Azərbaycana da,  buna bənzər “sülhə çağırış” və “atəşkəs” mesajları ilə torpaqlarının öz iradəsilə azad edilməsi istiqamətində atmaq istədiyi addımlara müdaxilə edilməkdədir.
Odurki, bu gün biz, Qarabağ və Qüdsü bir birindən ayırmayaraq, bütün işğalçılara,terrora və terrorçulara, qadın, uşaq və insan qatillərinə etiraz edir, istər Qarabağın, istər Fələstinin işğal altında qalmasını, orada törədilmiş Xocalı və Qəzza qətliamlarına hüquqi qiymətin verilməməsini beynəlxalq ictimaiyyətin “üz qarası” adlandırmalıyıq.
islamazeri.az