İndoneziyada fələstinli mühəndis qətlə yetirildi - əsas şübhəli Mossad

Nəşr tarixi:03/02/1397
İslamazeri.com Fələstin mediasına istinadən xəbər verir ki, şənbə günü səhər saatlarında Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində naməlum şəxslər fəlsətinli mühəndis Basim Fəadi Əl-Bataşa odlu silahdan atəş açaraq qətlə yetiriblər.  Məlumata görə, ona iki nəfər atəş açıb.
Qəzzadakı "İslami Cihad" təşkilatının rəsmisi Xalid əl-Bataş hücumun Mossad tərəfindən həyata keçirildiyini bildirib. O Malayziya hökümətindən bu hücumu tez bir zamanda araşdırılmasını və Mossada bağlı agentlərin tutulmasını istəyib.
Məlumata görə, 35 yaşlı fəlsətinli mühəndis Basim Fəadi Əl-Bataş Kuala-Lumpur şəhərinin universitetlərindən birində müəllim işləyirmiş. Evinin yanındakı məscidə sübh namazı qılmaq üçün gedən Basim saat 6-da açılan atəşlə qətlə yetiriblər.
Polis sui-qəsdi həyata keçirənlər tapılması üçün əməliyyat istintaq tədbirləri həyata keçirir.
İsrail mediası isə Basim Fəadi Əl-Bataşın Qəzzanın energetika sahəsində ciddi addımlar atdığını və İsrailin embarqosuna baxmayaraq elektrik enerjisi sahəsində fəaliyyət göstərdiyini yazıblar.
 Elektrik-mühəndis kimi İndoneziyada yüksək ikinci ali təhsil alan Basim Fəadi Əl-Bataş daha sonra Kuala-Lumpur şəhərinin universitetlərindən birində müəllim işləməsi üçün dəvət alır. İsrail mediası həmçinin  Basim Fəadi Əl-Bataşın HƏMAS və "İslami Cihad"a simpatiyası olduğunu da qeyd edirlər.
islamazeri.com