Ayətullah Xamenei HƏMAS liderinə məktub yazıb: Sizi müdafiə etmək bizim dini borcumuzdur

Nəşr tarixi:18/01/1397
“Bu barədə yazdıqlarınız tam həqiqətdir və biz bunu təsdiqləyirik. Biz himayənin hər növü ilə sizi dəstəkləməyi üzərimizdə olan vəzifə bilirik. Bu dini vəzifədir həm də insani vəzifədir və hər bir siyasi proseslər və hadisələrin fövqündə olan məsələdir.”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei HƏMAS-ın siyasi ofsinin rəhbəri İsmail Həniyyəyə deyib.
 
Ayətullah Xamenei İsmail Həniyyənin yazdığı məktuba cavab olaraq bunları deyib:
 
“Sionist düşməninin Qəzzadakı zülmü və zorakılığının daha da şiddətlənməsi Fələstinə ürəklə bağlı olanları qəmgin edir və qəzəbləndirir. Özümə lazım bilirəm ki, İran İslam Respublikasının islam ümmətinin prioritet məsələsi olan Fələstinin himayəsi ilə bağlı mövqeyini təkidlə vurğulayım. Şübhəsiz mübarizə və müqavimət başıuca və şücaətli millətə dəyən və islam dünyasının bədənində olan yaranın sağalmasını təmin edən yeganə şəfa nüsxəsidir. Siz mənə yazdığınız məktubda islam ümmətinin böyük problemlərinin bəzilərini demiş, bölgədə böyük şeytanın ardıyca gedən bəzi ərəb ölkələrinin ikiüzlülüyünü və xəyanətini çatdırmış və həmçinin fələstinlilərin zülm və sitəm qarşısında olan müqavimət və mübarizə cəbhəsindən söz açmışdınız. Bu barədə yazdıqlarınız tam həqiqətdir və biz bunu təsdiqləyirik. Biz himayənin hər növü ilə sizi dəstəkləməyi üzərimizdə olan vəzifə bilirik. Bu dini vəzifə həm də insani vəzifədir və hər bir siyasi proseslər və hadisələrin fövqündə olan məsələdir. İnşaallah keçmişdəki kimi gələcəkdə də bu vəzifəmizə əməl edəcəyik. Müsəlman dövlətləri, xalqları və hərəkatlarının hamısı hamısı bu vəzifə qarşısında xitab edilir və bu vəzifəni daşımalıdırlar. Bu gün islam ümmətinin iqtidarının və baş ucalığının qayıtması üçün bu xəbis planlar və hegomonluq qarşısında durmaq lazımdır. Hegomonluqla mübarizədə Fələstin məsələsi islam ümmətinin ən əsas beynəlxalq məsələsi olmalıdır. Qəsbkar, işğalçı, yalançı və hiyləgər rejimlə müzakirə aparmaq istiqamətdə hərəkət etmək bağışlanması mümkün olmayan bir səhvdir ki, Fələstin millətinin qələbəsini təxirə salacaq və bu müzakirələr sitəm çəkmiş fələstinlilərə xəsarətdən başqa bir şey gətirməyəcək. Onun əlacı islam dünyasının bütün müqavimət və mübarizə cinahlarının gücləndirilməsi, qəsbkar rejimlə mübarizənin möhkəmləndirilməsi və bu mübarizlərə dəstək verməkdir.”
islaminsesi.info