Suriya ordusundan tarixi qələbə: Şərqi Qutadakı terrorçuların burnu yerə sürtüldü

Nəşr tarixi:12/01/1397
İslamazeri.com xəbər verir ki, Suriya Ordusu Şərqi Qutanı terrorçulardan təmizləyib. Bu haqda BMT-dəki Suriya təmsilçisi Bəşşar Cəfəri bildirib. Cəfəri Suriyanın bu ölkədə bir terrorçunu belə saxlamayacağını bildirərək, növbədə Qolan, Afrin, Rəqqa və İdlib olacağını qeyd edib.
Suriyanın SANA agentliyi isə, Şərqi Qutada Haresta bölgəsində terrorçuların istifadə etdiyi tunelləri aşkar edib. Məlumata görə, ilk axtarışlar zamanı İsrail istehsalı minalar ələ keçirilib. Rusiya Müdafiə nazirliyi Şərqi Qutada 5 min terrorçu və ailəsinin İdlibə keçməsilə bağlı məlumat da yayıb. Qeyd edək ki, Şərqi Quta Suriya höküməti kimi bütün tərəflər üçün əhəmiyyətə malik strateji bölgədir.
islamazeri.com