Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü

Nəşr tarixi:21/11/1396
 
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Hərbi Hava Qüvvələrinin “Homafər” briqadasının 19 bəhmən 1357-ci ildəki (8 fevral 1979) tarixi beyətinin ildönümü münasibəti ilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının şəxsi heyəti və komandirlərindən bir qrupu ilə görüşdü.
İslam İnqilabının Rəhbəri bu görüşdə vurğuladı ki, Allah günləri və İslam İnqilabının mühüm əlamətdar hadisələri dövlətin güclənməsinə və möhkəmlənməsinə səbəb olur: “Bu il Allahın lütfü ilə 22 bəhmən baxımlı 22 bəhmənlərdən olacaq”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, 19 bəhmən 1357-ci il (8 fevral 1979) hərəkatı və İslam İnqilabının digər mühüm əlamətdar günləri qürurverici bir xatirədən daha yüksək dəyərə malikdir: “İstər İslam İnqilabı dövrünün əlamətdar günləri olsun, istərsə də keçən 39 ilin müham hadisələri - bütün Allah günləri İnqilab sərmayəsi və ehtiyatına zəmin yaradır, İslam İnqilabının əsaslarının möhkəmlənməsinə səbəb olur”.
İslam İnqilabı canlı bir həqiqət olduğunu deyən Həzrət Ayətullah Xamenei vurğuladı ki, İnqilabın bu günkü gücü və qüvvəti ilk günlərdəkindən artıqdır: “Bu gnün inqilabçıları İnqilabın ilk günlərinin inqilabçılarından daha əzmkar, daha ayıq və bəsirətlidir. Bu səbəbdən də İnqilab inkişaf edib təkmilləşmişdir”.
İslam İnbqilabının Rəhbəri dedi ki, dəyişmə və inkişaf digər mövcudatda olduğu kimi, İnqilabın mahiyyətinə də xasdır: “40 yaşına girməkdə olan İnqilab əsas və prinsiplərində sabit və möhkəm qalmaqla yanaşı, bu iri gövdəli və köklü ağac növbənöv təzə-tər meyvələr gətirməkdədir”.
O bildirdi ki, düşmənlərin İslam İnqilabına qarşı mübarizəsinin əsas mərkəzində yeni səmərələrin meydana gəlməsinin, İnqilabın davamlılığı və möhkəmlənməsinin qarşısını almaqdır: “Düşmənlər deyilərkən İslam İnqilabının qələbəsi sayəsində başda ABŞ olmaqla düşmənlərin bu həssas regionda məhv edilmiş kukla və müti hökuməti nəzərdə tutulur”.
İnqilaba qarşı mübarizə aparmaq üçün düşmənlərin müxtəlif və genişmiqyaslı üsullara əl atdığını vurğulayan İslam İnqilabının Rəhbəri dedi: “Onlar xalqa təsir göstərmək üçün mütəfəkkirəbənzərlər, saxta nəzəriyyəçilər, muzdlu və təlxək jurnalistlər və qələm əhlindən, habelə virtual məkanın bütün imkanlardan istifadə edirlər. Ancaq qəfildən 22 bəhmən, 2009-cu ilin 30 dekabr və ya bu ilin 30 dekabr kimi bəzi Allah günləri, habelə ondan sonrakı günlərdə içəridən qaynayan, izdihamlı və coşqulu yürüşlər çərçivəsdində insan seli küçələrə axışır, vahid şüarlar səsləndirərək düşmənlərin bütün hesablamalarını alt-üst edir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqını gözü götürməyənlərin səyləri virtual məkanda göstərilən fəaliyyətlərlə məhdudlaşmır: “Onllar iqtisadi çətinliklər yaratmaq üçün sanksiyadan istifadə edirlər. Ancaq İnqilaba sevgisi olan bu xalq kütləvi şəkildə küçələrə axışıraq İnqilabın güclənməsi və möhkəmlənməsinə səbəb olur”.
O, bu ilki 22 bəhmən yürüşünün xalqın İnqilaba qarşı olan sevgisinin bir nümunəsi olduğunu bildirdi: “Bu il ABŞ və başqa dövlətlərin rəsmilərinin bəzi axmaq-axmaq danışıqları nəticəsində xalq hiss etdi ki, düşmən pusquda durub və düşmənçilik etmək niyyətindədir. Bu səbəbdən də Allahın köməyi ilə xalqın bu ilki 22 bəhmən yürüşü həmişəkindən coşqulu və izdihamlı olacaq, hər kəs də bu yürüşdə iştirak edəcək”.
İslam İnqilabının Rəhbəri çıxışının davamında vurğuladı ki, dövlətin prinsipial siyasətləri İslam İnqilabından qaynaqlanır: “Dövlətin prinsipial siyasətlərindən iqtisadi, mədəni, siyasi və təhlükəsizlik sahəsindəki müstəqilliyi, azadlıq, maddi və mənəvi sferada hərtərəfli inkişafı qeyd etmək olar. Bəzi sahələrdə, xüsusilə elm və texnoiogiya sahəsində yaxşı nailiyyətlər əldə edilmişdir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sosial ədalət dövlətin prinsipial siyasətlərindən bir başqasıdır: “Sosial ədalət deyilərkən xaql arasında mövcud olan məsafələri aradan qaldırılması nəzərdə tutulur. Əlbəttə, bu sahədə gerilik var və az iş görülmüşdür. Görülməsi lazım olan işlər hələ görülməmişdir. Lakin hamı bilsin ki, biz bu prinsipial siyasətdən əl çəkməmiş və bu məsələnin üzərində ciddi cəhdlə çalışırıq”.
O bildirdi ki, sosial ədalətin gerçəkləşməsi yollarından biri zülm və korrupsiyaya qarşı mübarizə aparmaqdır: “Zülm və korrupsiya ilə mübarizə çox çətindir. Bir neçə il əvvəl qeyd etdiyim kimi, korrupsiya nağılların yeddi başlı əjdahasına bənzəyir. Onu məhv etmək asanlıqla mümkün deyil, ancaq bu iş mütləq, görülməlidir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Zülm və korrupsiyaya qarşı mübarizə digər müstəvilərlə müqayisədə hökumət işçiləri müstəvisində daha ciddi və kəskin şəkildə aparılmalıdır. Ölkənin bütün məsul şəxsləri və rəhbər işçiləri bu məsələni diqqət mərkəzində saxlamalıdırlar”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, zülm və korrupsiyaya beynəlxalq səviyyədə müqavimət göstərilməsi və onun rüsvay edilməsi prinsipial siyasətlərdəndir: “Hal hazırda dünyanın ən qəddar və rəhmsiz cəmiyyətləri, hətta İŞİD-çilərdən də pis və vəhşi olan ABŞ hökumətidir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, İŞİD-i amerikalılar yaradıb və ABŞ-ın hazırki prezidenti seçki kompaniyasında bunu qeyd etmişdi: “Amerikalılar İŞİD-i yaratmaqla yanaşı, onu dəstəkləyirdilər. Ehtimal ki, bəzi vəhşi və mənfur metodlarının təlimini də “Blakwoter” kimi vəhşi ABŞ şirkətləri yerinə yetirirdi. Ancaq ABŞ dövləti bütün bu qəddarlıqlara və rəhimsizliklərə rəğmən, beynəlxalq təbliğatlarda insan hüquqları, zülm və haqsızlıqlara məruz qalanların və heyvanların hüquqlarının müdafiəçisi kimi təqdim edilir. Həqiqətləri üzə çıxarmaqla onları rüsvay etmək lazımdır”.
O bildirdi ki, Fələstin xalqına edilən 70 illik zülm, habelə Yəmən xalqına qarşı törədilmiş qətliam və zülmlər amerikalıların zülmünün aşkar nümunələrindəndir: “Yəmənin infrastrukturları və bu ölkənin məzlum xalqı hər gün ABŞ təyyarələri və ABŞ silahları ilə bombardman edilir. Ancaq ABŞ dövləti heç bir etiraz etmir, reaksiya göstərmir. Ancaq tam bir həyasızlıqla bir neçə dəmir parçasını nümayiş etdirərək əsassız iddialarla İranın raket göndərdiyini iddia edir”.
İslam İnqilabının Rəhbəri: “Yəmən xalqı mühasirədə olduğu halda, raket göndərilməsi necə mümkündür?”
Həzrət Ayətullah Xamenei vurğuladı: “Əlbəttə, İslamın açıq-aşkar göstərişlərinə əsasən, zalıma qarşı çıxıb məzluma kömək etmək lazımdır”.
O, İran İslam Respublikasının regionda gedən proseslərə müdaxiləsi və müqavimətinə dair bir nümunə qeyd etdi: “Qərbi Asiya regionunda həyata keçirilən müqavimət zamanı amerikalılar müqaviməti tamamilə yox etmək qərarına gəldilər. Ancaq biz dayandıq və dedik ki, imkan vermərik. Bu gün bütün dünya bildi ki, ABŞ istədi, bacarmadı, biz isə istədik və bacardıq”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında mühüm bir məsələdən, yəni xalqdan, İslam İnqilabının böyük imtiyazının milli və dini olmasından danışdı: “İslam İnqilabı milldir və İslam dinində olan xalq Müqəddəs Müdafiə və övladlarının şəhid olması kimi bütün mərhələlərdə səbr nümayiş etdirib şükr edir. Çünki bu müdafiə və şəhidlik Allah və İmam Hüseynin (ə) yolundadır”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, bütün proqramlarda xalq prioritetdir: “Xalqın adı tez-tez təkrarlanır. Əlbəttə, məsul şəxslərin çıxışlarında xalqın adının tez-tez təkrarlanması yaxşıdır, ancaq tanımalıdırlar və tanımalıyıq”.
O, avtoritar dövrünün ziyalılarının fəaliyyətinə və xalqdan dəm vurmasına işarə edərək dedi: “Avtoritar rejim həmin ziyalılar və onların əsərlərinə qarşı sərt mövqe göstərmirdi. Çünki nə ziyalılar xalqın sözlərini başa düşürdü, nə də xalq onların. Ancaq dahi İmam meydana çıxan kimi həm xalqı tanıdı, həm də xalq onun sözlərini anlayıb bütün varlığı ilə meydana axışdı”.
Həzrət Ayətullah Xamenei xalqın tanınması məsələsini bir daha vurğulayaraq əlavə etdi: “Xalq kimdir? Xalq, hər ilin 22 bəhmənini yaradan, iğtişaşçıların meydana atıldığını gördükdə həta etirazları olsa da belə, kənara çəkilən və 9 dey günü meydana çıxan insanlardır. Xalq bunlardır. Onu səhv salmayın. Xalqı tanıyın, Allahın razılığını qazanmaq üçün ixlasla xalqa xidmət edin. Çünki Allah biz məsul şəxslərdən xalqın xidmətçisi olmağı və xalqa xidmət göstərməyi tələb edir”.
O vurğuladı: “Xalq korrupsiya və ayrıseçkilikdən şikayətlənir. Xalq bir çox problemlərə dözür, ancaq korrupsiya və ayrıseçkilikdən şikyətlənir, ona dözmür. Buna görə də hər üç qüvvənin məsul şəxsləri korrupsiuyaya qarşı ciddi mübarizə aparmalıdır”.
Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində silahlı qüvvələrə quruculuq işləri ilə məşğul olmağı tövsiyə etdi: “Quruculuq ilk növbədə İslam dövlətinin hərbçilərinin özünü düzəltməsidir, yəni düşmən qarşısında tam gücü ilə dayanan, dostlar qarşısında heç bir təkəbbür göstərməyən mömin, şücaətli, fədakar və tədbirli qüvvələr yetişdirməkdir”.
Ali Baş Komandan Hərbi Hava Qüvvələrinin özünü təmin və təchizatların təmini sahəsindəki keçmişinə işarə edərək dedi: “Bəzi dövlətlərin yeganə sərvəti puldur, onlar din, əxlaq, ağıl, güc və bacarıqdan kasaddırlar. Ancaq siz gənclər istedadınız, təfəkkür gücünüz və təşəbbüskarlıq qüdrəti ilə Hava Hücumundan Müdafiə qurumunu və təchizatını yeniləndirə bilərsiniz. Bilin ki, qələbə bizimlədir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu illər ərzində baş vermiş bütün hadisələrdə İnqilab qüvvələri Allahın köməyi ilə qələbə qazandı, gələcəkdə də düşmənin acığına qələbə sizin və İran xalqının olacaq”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Şahsəfi qeyd etdi ki, Hərbi Havaq qüvvələrində özünütəmin fəaliyyətinin təşkil edilməsi Həzrət Ayətullah Xameneinin 1358-ci ildə həyata keçirdiyi mühüm strategiya və tədbirlərdəndir. O, Hərbi Hava Qüvvələrinin təchizat sistemlərinin yaradılması, habelə müdafiə və döyüş imkanları haqqında məlumat verərək dedi: “Hərbi Hava Qüvvələri Kermanşah zəlzələsində xəsarət almış insanlara yardım göstərilməsi, habelə müqavimət cəbhəsinin məzlum üsəlmanlarına kömək edilməsi sahəsində fəallıq göstərmişdir. Biz, sionist rejim və təkfirçi cərəyanın regiona vürdüğü utancverici ləkənin aradan qaldırması ilə bağlı verdiyimiz sözə əməl etməyə hazırıq”.
leader.ir