Ayətullah Xamenei: “Qarabağdakı seperatçı rejimlə hər cür əlaqə haramdır!”

Nəşr tarixi:15/11/1396
"Bu mövqe heç vaxt dəyişməyəcək"
 
SalamNews İnformasiya Agentliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İranın ali dini lideri Ayətullah Xamneyiyə ünvanladığı sorğusuna cavab verilib. Tehranın Azərbaycan xiyabanında yerləşən İranın dini liderinin baş ofisi Qarabağ münaqişəsi ilə bağlı öz fətva və siyasi mövqeyini açıqlayıb.
 
“Ayətullah Xamneyinin Qarabağ məsələsinə mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır. Bu, ilk növbədə bir Ayətullah kimi onun fətvasıdır. Bu fətva şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır.
 
Bu həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək”, - sorğunun cavabında vurğulanıb.
islaminsesi.info