Amerika İŞİD-i Əfqanıstana köçürür – Ayətullah Xamenei

Nəşr tarixi:11/11/1396
“Amerika İŞİD-i Əfqanıstana köçürür və bununla məqsədi bölgədə qalmasını izah etmək və sionist rejiminin təhlükəsizliyini təmin etməkdir.”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün keçirdiyi fiqh dərsi əsnasında deyib.
 
Son günlərdə Əfqanıstanda törədilən qanlı terror aktlarından çox təəssüf hissi keçirdiyini bildirən Ali lider vurğulayıb ki, Amerika İŞİD terror təşkilatını Əfqanıstana və sair bölgələrə yerləşdirir.
 
“İŞİD-i yaradan əllər onu İraq və Suriyada xalqın əleyhinə zülm və cinayət aləti olaraq icad etdilər. Bu gün  İraq və Suriyada məğlub olmasından sonra onu Əfqanıstana köçürürlər. Əfqanıstandakı son qətliamlar da bu planın başlanğıcıdır.” deyə Ayətullah Xamenei son 5 gündə Əfqanıstan paytaxtı Kabildə baş verən qanlı terror aktlarının səbəbini açıqlayıb.
 
Ayətullah Xamenei əlavə edib:
 
“Amerikanın dəstəklədiyi terrorçular üçün şiə və sünni arasında fərq yoxdur. Onların məqsədi əsasən də mülki insanlardır, fərq etməz şiə olsun ya sünni... Amerika bunu istəyir ki, bölgənin xoş günü olmasın. O istəyir buradakı dövlət və millətrlər başları bir-birinə qarışsın ki, xəbis hegemonçuluq amilinə yəni sionizmə qarşı qalxa bilməsinlər”
islaminsesi.info