Ali Məqamlı Rəhbər:

Kompromis prosesinə qarşı müqavimətin böyük nailiyyətləri

Nəşr tarixi:07/12/1395
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər fələstinli qrupların rəhbərləri, İslam ölkələrinin parlament sədrləri və parlamentariləri, İslam dünyasının yüzlərlə alim, mütəfəkkir, azadlıq tərəfdarı olan görkəmli şəxsiyyətlərinin iştirak etdiyi “Fələstin İntifadasına Dəstək” adlı VI Beynəlxalq Konfransda etdiyi çıxışı zamanı bildirdi ki, regiondakı xaosların, və daxili müharibələrin məqsədi “Qüdsün azadlığı” adlı müqəddəs amalın dəstəklənməsini zəfilətməkdir. O, habelə Fələstinin müqavimət qruplarının ölkələrin daxili çəkişmələri, etnik və milli zəmindəki fikir ayrılıqlarına müdaxilə etməkdən çəkinməyin zəruri olduğunu vurğuladı: “Bütün milli və islami hərəkatlar Fələstin amalına xidmət etməyə borcludur. İslam Respublikasının müqavimət qrupları ilə əlaqəsinin dərinliyi onların müqavimətə nə qədər bağlı olmasının miqyasından asılıdır”.
O, habelə Müqəddəs İntifadanın qəhrəmancasına müqavimətinin parlaq və qürurverici nailiyyətlərini şərh edərək əvvəlki kompromis layihələrinin yanlışlığının sübuta yetməsindən, müqavimət və İntifadanın doğru yoldan sapması, habelə düşmənlərlə olan gizli əməkdaşlıqlarda xərclənməsinə çalışan saxtakar dostların son fəaliyyətlərindən söz açaraq dedi: “Müqavimət bu tələyə düşməyəcək qədər zəkalıdır. Üçüncü İntifada Allahın izni ilə qəsbkar rejimi yenidən məğlubiyyətə uğradacaq. Fələstinin azadlığı uğrunda göstərilən fəaliyyətlər bütün müsəlman və azadlıqsevər xaqların vəhdət və birlik mehvəri olmalıdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qəm-qüssə dolu Fələstin dramı, səbirli, dözümlü, müqavimətçi xalqın məzlumiyyətinin ürək dağlayan acısı azadlıqsevər, haqq və ədalətpərvər insanların ürəyinin ağrı-acısıdır: “Fələstin, onun qəddarcasına işğalı, milyonlarla insanın didərgin salınması və bu qəhrəman xalqın cəsarətli müqavimət tarixi eniş-yoxuşlarla doludur”.
Tarixi faktlara toxunan İslam İnqilabının Rəhbəri sionist rejimin qurduğu hiyləgər planın transregional bir plan olduğunu dedi: “Tarixin heç bir mərhələsində dünya xalqlarından hər hansı biri belə bir ağrı-acının və qəddar addımın, transregional bir plan əsasında bir ölkə tamamilə işğal edilməsinin, xalqın öz yurd-yuvasında qovulmasının, əvəzində başqa bir qrupun dünyanın ayrı-ayrı yerlərindən onun yerinə köçürülməsinin, həqiqi vətəndaşın görməzdən gəlinməsi, əvəzində qondarma vətəndaşın onun yerinə tanınmasının şahidi olmamışdır”.
Digər çirkli səhifələr kimi tarixin bu çirkin səhifəsinin də təmizlənəcəyinin Allahın Quranda verdiyi qəti vədlərdən olduğunu deyən İnqilabın Rəhbəri çıxışının əvvəlində Fələstin İntifadasına Dəstək Konfransının keçirildiyi mövcud şəraitdən danışdı: “Konfransınız keçirldiyi tarix ən ağır qlobal və regional şəraitlərin birinə təsadüf edir. Dünya miqyaslı bir plana qarşı mübarizədə Fələstin xalqına daim dəstək verən regionumuz bu günlərdə müxəlif tipli iğtişaş və böhanlara məruz qalıb”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, regionun bir neçə müsəlman ölkəsində mövcud olan böhran Fələstin məsələsinin dəstəklənməsi və Qüdsün azadlığı adlı müqəddəs amalın zəiflədilməsinə səbəb olur: “Bu böhranların nəticəsinə diqqət yetirsək, ondan hansı dövlətlərin faydalandığını başa düşərik”.
O əlavə etdi: “Uzunmüddətli bir münaqişə odunu yandıraraq regionun inkişaf və sabitliyinə mane olmaq üçün regionda sionizm rejimini yaradan şəxslər indi də mövcud xaosun arxasında dayanıblar”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, regiondakı iğtişaşlar puç və əbəs qarşıdurmalar fonunda xalqların potensiallarının lüzumsuz yerə tükənməsinə səbəb olur, qəsbkar sionist rejimin daha çox güclənməsinə fürsət yaradır: “Bu arada İslam ümmətinin sözügedən ixtilafları canıyananlıqla həll etmək istəyin ağıllı, xeyirxah və müdrik şəxsiyyətlərinin səy və fəaliyyətlərinin şahidi oluruq. Ancaq təəssüflər olsun ki, düşmənin mürəkkəb planları bəzi dövlətlərin diqqətsizliyindən faydalanaraq xalqlar arasında daxili çəkişmələr yaratmağı, onları bir-birlərinin canına salmağı və İslam ümmətinin xeyirxah şəxsiyyətlərinin fəaliyyətlərinin təsirlərini azaltmağı bacarmışdır”.
O, Fələstin məsələsinin mövqe baxımından zəiflədilməsinin, bədxahların onu prioritetlikdən çıxarmağa çalışmasının çox mühüm bir məsələ olduğunu vurğuladı: “İslam ölkələri arasında bəzən təbii səbəblərdən, bəzən düşmən hiyləsindən, bəzən də məlumatsızlıqdan irəli gələn ixtilaflar olmasına baxmayaraq, Fələstin məsələsi onların hamısının vəhdət meyarı ola bilər və olmalıdır da”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İntifadaya Dəstək Konfransının əldə etdiyi naliyyətlərdən biri Fələstin məsələsinin İslam dünyası və dünyanın azadlıqsevərlərinin birinci prioritet kimi müzakirə edilməsi, Fələstin xalqının haqq və ədalət istəyən mübarizəsinin dəstəklənməsi hədəfinin həyata keçirilməsi məqsədilə həmrəylik mühitinin yaradılmasıdır: “Fələstin xalqına siyasi dəstək məsələsinin əhəmiyyətinə laqeyd yanaşılmamalıdır. Bu məsələ dünyada xüsusi prioritetə malikdir. Müsəlman və azadlıqsevər xalqlar istənilən formada bir hədəf, yəni Fələstin və onun azadlığına səy göstərilməsinin zərurəti ətrafında bir araya gələ bilərlər”.
İslam İnqilabının Rəhbəri sionizm rejiminin süqutu və onun əsas müttəfiqlərinin, xüsusilə ABŞ-a hakim kəsilmiş zəfiliyin əlamətlərinin özünü göstərməsinə işarə edərək dedi: “Mövcud şəraitdə beynəlxalq aləmin yavaş-yavaş sionizm rejiminin qəddar, qeyri-qanuni və qeyri-insani hərəkətlərinə qarşı çıxmağa meyillənməsi müşahidə edilir. Əlbətə, dünya ictimaiyyəti və region dövlətləri bu insani problem qarşısındakı vəzifələrinə hələ əməl edə bilməmişlər”.
Həzrət Ayətullah Xamenei ABŞ və bəzi Qərb dövlətlərinin hərtərəfli dəstəyi ilə Fələstin xalqının vəhşicəsinə repressiya edilməsi, torpaqlarının qəsb edilməsi, yerində qəsəbələr salınması, genişmiqyaslı həbslər, qətllər və qarətlər tördilməsi, Qüdsün, Əqsa məscidinin, İslam və Xristian dininin digər müqəddəs məkanlarının mahiyyəti və görünüşünün dəyişdirilməsinə səy göstərilməsi, vətəndaşların əsas hüquqlarının əlindən alınması prosesinin davam etdirilməsi və bu cinayətlərə dünya ictimaiyyətinin layiqli reaksiya verməməsindən təəssüf hissi keçirdiyini bildirdi.
Qüds və Əqsa məscidinin müdafiəsi məsələsində Fələstin xalqının böyük, İlahi və qürurverici missiya daşıdığını qeyd edən İnqilabın Rəhbəri mübarizənin davam etdirilməsinin zəruri olduğunu dedi: “Bu xalqın Allah-taalaya təvəkkül və öz imkanlarına etimad edərək mübarizələrini davam etdimrəkdən başqa yolu yoxdur. Əslində, bu vaxta qədər də belə ediblər”.
Həzrət Ayətullah Xamenei işğal olunmuş ərazilərdə üçüncü dəfə başladılmış indiki İntifadının əvvəlki iki İntifadadan daha məzlum, ancaq daha parlaq və ümidverici olduğunu dedi: “Allahın izni ilə bu İntifadanınn mübarizələr tarixinin çox mühüm bir mərhələsinə adladığını və qəsbkar rejimə başqa bir məğlubiyyət daddırdığını görəcəksiniz”.
Sionizm rejiminin xərçən vəzisinin mərhələli inkişaf prosesinə və onun hal-hazırda bəlaya çevrilməsinə işarə edən İnqilabın Rəhbəri bu xəstəliyin müalicəsinin də mərhələli olduğunu vurğuladı: “Bir-birini izləyən bir neçə davamlı İntifada və müqavimət çox mühüm mərhələli məqsədləri reallaşdıra və Fələstinin tam azadlığına nail olana qədər digər məqsədləri həyata keçirmək üçün ildırım kimi irəli şığıya bilmişdir”.
Çıxışının davamında yenidən beynəlxalq sionizm və onun quldur himayəçilərinə qarşı təkbaşına mübarizədə Fələstin xalqının çiyinləri üzərinə ağır bir yük götürdüyünü deyən İslam İnqilabının Rəhbəri sionizm rejimlə saziş layihələlərin məqsəd və nətəcilərinə aydınlıq gətirdi: “Səbirli, dözümlü, eyni zamanda mətin və möhkəm Fələstin xalqı bütün iddiaçılara öz iddialarını sınaqdan keçirmək fürsəti vermişdir”.
O əlavə etdi: “Hüquqların pozulmasının qarşısının alınması üçün onların minimum qorunması zərurəti və doğru olmayan praqmatiklik iddiası ilə saziş layihələrinin ciddi cəhdlə ortaya atıldığı vaxt Fələstin xalqı, hətta bu baxış bucağının doğru olmadığını daha öncədən xəbərdar olan cərəyanlar ona fürsət tanıdı”.
O, İran İslam Respublikasının daim bu növ opportunist metodların yanlış, ziyanlı nəticələri və ağır xəsarətlərə səbəb olduğunu vurğuladığını dedi: “Saziş prosesinə verilmiş fürsət Fələstin xalqının mübarizə və müqavimətinə destruktiv təsir göstərmişdir. Ancaq onun yeganə faydası budur ki, əməli olaraq praqmatiklik təsəvvürünün yanlış olduğunu sübuta yetirdi”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sionizm rejimi ekspansiya, repressiya və fələstinlilərin həqiqi hüquqlarının tapdalamaqdan əl çəkə bilməyəcək şəkildə formalaşmışdır: “Despot sionizm rejiminin varlığı və mövcudluğu Fələsinin varlığı və mövcudluğunun tədricən məhv edilməsinə əsaslanır. Çünki bu rejimin qeyri-qanuni mövcudluğu Fələstinin varlığı və mövcudluğunun xarabalıqları üzərində inşa edildiyi təqdirdə davam edə biləcək”.
İslam İnqilabının Rəhbəri həmin reallığa istinad edərək Fələstin kimliyinin qorunması, bu qanuni və təbii kimliyin bütün əlamələrinin qorunmasının vacib, zəruri və müqəddəs bir cihad olduğunu vurğuladı: “Fələstinin adı və xatirəsi yaşadıqca, bu xalqın hərtərəfli müqavimət odu şölələndikcə işğalçı rejimin əsaslarının möhkəmlənməsi mümkün deyil”.
O, sionist rejimlə kompromis layihələrinin başqa yanlış tərəfləri və xəsarətlərinə açıqlama gətirərək dedi: “Kompromis prosesinin problemi bir xalqın hüquqlarının görməzdən gəlinməsi, qəsbkar rejimin qanuniliyinin tanınmasında deyil. Bu özü böyük və xoşagəlməz bir səhvdir. Problem ondadır ki, əsasən, Fələstin məsələsinin indiki şəraiti ilə heç bir proporsionallıq yoxdur, sionistlərin ekspansiya, repressiya və tamahkar xislətləri nəzərə alınmır”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, kompromis iddiaçılarının iddialarının yanlışlığının sübuta yetməsi Fələstin xalqının hüquqlarının bərpası uğrunda aparılan mübarizənin doğru metodları ətrafında bir növ milli konsensus yaranmasına səbəb olacaq: “Fələstin xalqı keçən otuz illik tarix ərzində iki fərqli metodu təcrübədən keçirmiş və onun öz şəraitinə uyğun olan ölçüsünü tapmışdır”.
Həzrət Ayətullah Xamenei Müqəddəs İntifadanın kompromis prosesi qarşısındakı davamlı və qəhrəmancasına müqavimətinin böyük nailiyyətlərinə işarə edərək bildirdi ki, düşmənlər və vəziyyəti bəlli olan mərkəzlər tərəfindən müqavimətə qarşı edilən hücumun və İntifadanın sual altına alınmasının səbəbi həmin böyük nailiyyətlərdir: “Düşməndən bundan artığını gözləmək olmaz. Çünki bu yolun düzlüyündən və səmərəliliyindən tam xəbərdardır. Ancaq bəzən üzdə Fələstindən yana olduğunu iddia edən bəzi cərəyanlar, hətta ölkələr əslində, bu xalqın doğru yolunu sıradan çıxarmaq üçün müqavimət cəbhəsinə hücum çəkirlər”.
O bu ikiüzlü cərəyan və ölkələrin iddialarının mahiyyətinə açıqlama gətirərək dedi: “Onlar iddia edirlər ki, müqavimət cəbhəsi bir neçə onillikdən sonra hələ də Fələstinin azadlığına nail ola bilməmişdir. Bu səbəbdən sözügedən metodun təkrar baxışa ehtiyacı var”.
Həzrət Ayətullah Xamenei bu iddianı belə cavablandırdı: “Düzdür ki, müqavimət cəbhəsi hələ də son hədəfinə, yəni Fələstinin azadlığına nail olmamışdır, ancaq Fələstin probleminin aktuallığını qoruyub saxlaya bilmişdir”.
“Əgər müqavimət olmasaydı, indi hansı şəraitdə olardıq?” açar sualını verən İslam İnqilabının Rəhbəri bildirdi ki, müqavimətin ən böyük nailiyyəti sionist layihələri qarşısında əsaslı maneə yaratmaqdır: “Müqavimətin uğuru düşməni sarsıdıcı müharibəyə məruz qoymaqdır. Yəni, müqavimət cəbhəsi sionist rejimin bütün regionu öz hakimiyyəti altına almaq fikrini ehtiva edən əsas planını iflasa uğrada bildi”.
O, sionizm rejiminin təsis edilməsi pərdəsinin səhnələşdirilməyə başladığı ilk vaxtdan ayrı-ayrı dövrlərdə müqavimətə qalxmış, öz canlarını fəda etməklə müqavimət bayrağını daim dalğalandırmış və nəsildən nəsilə ötürmüş müqavimətçiləri və qəhrəmanları yüksək qiymətləndirməyin zəruri olduğunu vurğuladı: “İşğaldan sonrakı dövrlərdə müqavimətin hansı rolu oynadığı heç kəsə gizli deyil. Şübhəsiz ki, müqavimətin hətta 1973-cü il qələbəsindəki müxtəsər rolunu da görməzdən gəlmək olmaz”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “1982-ci ildən, yəni müqavimət yükü əməli şəkildə Fələstin xalqının çiyinləri üzərinə düşdüyü vaxtdan Livan İslami Müqavimət Hərəkatı (Hizbullah) fələstinlilərə mübarizə yollarında kömək etmək üçün tələsdi”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər müqavimət cəbhəsi sionizm rejimini iflic etməsəydi, Misirdən tutmuş İordaniya, İraq və Fars körfəzinə qədər digər region dövlətlərinin onun təcavüzünə məruz qalmasının şahidi olacaqdıq”.
Sionizm rejiminin iflic edilməsinin çox mühüm bir nailiyyət olduğunu, eyni zamanda bunun yeganə nailiyyət olmadığını deyən Ayətullah Xamenei müqavimət cəbhəsinin digər nailiyyətlərinə də açıqlama gətirdi: “Livanın cənubu və Qəzzanın azad edilməsi Fələstinin azadlığı istiqamətində iki mühüm mərhələli məqsədin həyata keçdiyini göstərir. Bu nailiyyət sionizm rejiminin coğrafi ekspansiya prosesini əksinə çevirə bilmişdir”.
O, müqavimət tarixinin parlaq səhifələrindən danışarkən sionizm rejiminin keçən 30 il ərzində yeni əraziləri ələ keçirə bilməməsi, geri oturması, rüsvayçı şəkildə Livanın cənubu və Qəzzadan çıxması, habelə, müqavimət cəbhəsinin birinci və ikinci İntifadakı əsaslı və mühüm rolundan danışdıı: “Livanın 33 günlük müharibəsi, Qəzzada 22, 12 və 51 günlük döyüşlər müqavimət tarixinin bütün region xalqlarının, İslam dünyasının, dünyanın bütün azadlıqsevər insanlarının iftixarına səbəb olan parlaq səhifələridir”.
İslam İnqilabının Rəhbəri Livanın 33 günlük ağır döyüş şəraitini və qələbə ilə nəticələnən müqavimətini xatırlatdı: “Həmin döyüşdə Livan xalqına və Hizbullahın qəhrəman müqavimətçilərinə yardım çatdıra biləcək bütün yollar praktiki olaraq bağlanmışdı. Ancaq Allahın yardımı və Livanın müqavimətçi xalqının böyük qüvvəsinə etimad sayəsində sionizm rejimi və onun əsas himayəçisi olan ABŞ elə biabırçı məğlubiyyətə uğradı ki, bir daha həmin ölkəyə asanlıqla hücum etmək cürəti tapmayacaq”.
O, habelə Qəzzanı müqavimət cəbhəsinin alınmaz qalasına çevirmiş Qəzza əhalisinin qəhrəmancasına müqavimətindən danışdı: “Qəzzanın bir neçə ardıcıl müharibə zamanı göstərdiyi müqavimətlər sübut etdi ki, sionizm rejimi bir xalq qarşısında duruş gətirə bilməyəcək qədər zəifdir”.
Qəzza döyüşlərinin əsl qəhrəmanının müqavimətçi və cəngavər xalq olduğunu deyən Həzrət Ayətullah Xamenei bildirdi ki, neçə illik iqtisadi mühasirəyə baxmayaraq, bu xalq iman gücünə arxalanaraq müqavimət qalası olan Qəzzanın müdafiəsini davam etdirir.
O, Qəzzanın sionist rejimlə olan müharibələrində böyük rol oynamış Fələstinin bütün müqavimətçi qruplarına, xüsusilə İslami Cihad Hərəkatından olan Səraya əl-Qüds, Həmasdan olan İzzud-din Qisam qoşunları, Fəthdən olan Şuhəda əl-Əqsa qoşunları, Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsindən Əbuəli Mustafa qruplaşmasına təşəkkür etdi.
Çıxışının növbəti hissəsini Fələstin xalqının əsas ehtiyaclarının təmin edilməsinin zəruriliyinə həsr edən İslam İnqilabının Rəhbəri sionist rejimin mövcudluğundan qaynaqlanan təhlükələrdən danışdı: “Müqavimət cəbhəsi öz işini davam etdirmək üçün lazım olan bütün vasitələrdən istifadə etməli, bütün region dövlətləri və xalqları, dünyanın azadlıqsevər insanları bu yolda sözügedən müqavimətçi xalqın əsas ehtiyaclarını ödəməlidirlər. Çünki müqavimətin əsas bazası qeyrətli və müqavimətçi övladlar yetişdirən Fələstin xalqının dəyanət və mətanətidir”.
O, Fələstin xalqı və müqavimət cəbhəsinin ehtiyaclarının təmin edilməsinin mühüm vəzifə olduğunu dedi: “Bu, hamımızın əməl etməli olduğu çox mühüm və həyati bir vəzifədir. Bu yolda məzlum İntifadanın əsas yükünü çiyinləri üzərinə götürmüş Qərb sahilindəki müqavimət cəbhəsinin əsas ehtiyacları diqqətdən kənarda qalmamalıdır ”
Fələstin müqavimət cəbhəsinin fəaliyyətlərinə patoloji baxış İslam İnqilabının Rəhbərinin Fələstin İntifadasına Dəstək Konfransındakı çıxışının növbəti hissəsinin əsas mövzusu oldu.
Fələstinin müqavimət cəbhəsini keçmişdən ibrət götürməyə çağıran İslam İnqilabının Rəhbərinin müqavimət qruplarına verdiyi ən mühüm tövsiyə bu oldu ki, ixtilaflara girməkdən çəkinsinlər: “Müqavimət cəbhəsi və Fələstin ərəb və müsəlman ölkələri arasındakı ixtilaflara, ölkələrin daxili ixtilaflarına, habelə dini və etnik ixtilaflara müdaxilə etməyəcək qədər uca və dəyərlidir. Fələstinlilər, xüsusilə müqavimət qrupları öz qiymətli yerlərinin qədrini bilməli və ixtilaflara müdaxilə etməməlidirlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, bütün ərəb və müsəlman ölkələrinin, bütün İslami və milli hərəkatların vəzifəsi Fələstin amalına xidmət göstərməkdir: “Müqavimət cəbhəsini dəstəkləmək hamımızın vəzifəsidir. Etdiyi kömək qarşılığında onlardan xüsusi bir şey ummağa heç kəsin haqqı çatmır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Fələstinin müqavimət cəbhəsinə yardım göstərilməsinin yeganə şərti budur ki, edilən yardımlar Fələstin xalqının dözümü və müqavimət strukturunun gücləndirilməsinə sərf edilsin: “Düşmənə müqavimət göstərmək düşüncəsinə bağlılıq və onun bütün yönlərində müqavimət göstərmək bu yardımların davam etdirilməsinin zəmanətçisidir”.
O, İslam Respublikasının Fələstinin müqavimət cəbhəsi ilə bağlı tutduğu mövqeyi şərh edərkən dedi: “Bizim müqavimət cəbhəsi ilə bağlı mövqeyimiz prinsipial bir mövqedir, hər hansı bir qrupla əlaqəsi yoxdur. Bu yolda möhkəm dayanmış hər bir qrupun yanındayıq. Bu yoldan çıxmış hər bir qrup bizdən uzaqlaşmışdır”.
İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən strateji bir cümlə işlətdi: “Bizim İslami mqavimət qrupları ilə olan əlaqəmizin dərinliyi onların müqavmiət cəbhəsinin əsasına bağlılıqlarının miqyasından asılıdır”.
Həzrət Ayətullah Xameneinin toxunduğu başqa bir məsələ Fələstinin müxtəlif qrupları arasında mövcud olan ixtilaflarla bağlı oldu: “Metod fərqliliyindən asılı olan baxış bucaqlarındakı fərqlilik təbii və başa düşüləndir. Bu həddə qorunub saxlandığı təqdirdə qarşılıqlı münasibətlərin artmasına və Fələstin xalqının mübarizələrinin daha da zənginləşməsinə səbəb olacaq”.
O vurğuladı ki, fikir ayrılıqlarının qarşıdurma və münaqişəyə sövq edilməsi düşmənin istədiyi yolda addımlamaqdır və mübariz hərəkatların güc və qüdrətinin neytrallaşdırılmasına səbəb olacaq: “Metod və baxış bucağının ixtilaf və fərqliliyinin idarə edilməsi xüsusi bacarıq tələb edir. Bütün fundamental hərəkatlar ondan isitfadə etməli və ayrı-ayrı mübarizə proqramlarını elə proqramlaşdırmalıdırlar ki, yalnız düşmənə təzyiq göstərsin və mübarizənin güclənməsinə səbəb olsun”.
İslam İnqilabının Rəhbəri cihad proqramına əsaslanan milli birliyin Fələstin üçün milli zərurət olduğunu dedi: “Ümidvarıq ki, ayrı-ayrı cərəyanlar Fələstin xalqının istəklərini yerinə yetirmək məqsədilə milli birliyi reallaşdırmağa çalışacaq”.
Həzrət Ayətullah Xamenei daha sonra müqavimət cəbhəsinə qarşı hazırlanmış başqa bir plandan söz açaraq dedi: “Müqavimət cəbhəsi bu günlərdə başqa bir hiylə ilə əlbəyaxadır. Bu hiylə müqavimət cəbhəsi və Fələstin xalqının İntifadasını öz yolundan sapdırmağa çalışan və onu Fələstin xalqının düşmənləri ilə olan gizli əməkdaşlıqlarında xərcləməyə çalışan saxtakar dosların səyləridir”.
O vurğuladı: “Müqavimət cəbhəsi bu tələyə düşməyəcək qədər ağıllıdır. Çünki mübarizə və müqavimətlərin həqiqi rəhbəri Fələstin xalqıdır. Təcrübələr göstərir ki, bu xalq şəraiti dəqiq qiymətləndirib bu cür sapmalara mane olacaq. Əgər Allah göstərməsin, müqavimət hərəkatlarından hansısa biri bu tələyə düşsə, bu xalq keçmişdə olduğu kimi öz ehtiyacını yenidən təmin edə bilər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər bir qrup müqavimət bayrağını yerə qoysa, Fələstin xalqının içindən mütləq bir qrup çıxacaq və bayrağı əlinə götürəcək”.
Habelə konfrans işirakçılarına səslənən Həzrət Ayətullah Xamenei dedi: “Bu iclasda iştirak edən möhtərəmlər yəqin ki, yalnız Fələstini müzakirə edəcəksiniz. Təəssüflər olsun ki, son bir neçə ildə ona lazımı və zəruri diqqət yetirilməmişdir. Təbii ki, regionun və İslam dünyasının ayrı-ayrı nöqtələrində mövcud olan böhranlar diqqət mərkəzində saxlanılmalıdır. Ancaq bu toplantının səbəbi Fələstin problemidir”.
O dedi: “Bu konfrans yavaş-yavaş bütün müsəlmanların və region xalqlarının birliklərinə əsaslanaraq mövcud ixilafların qarşısının alınması, ixtilafların hər birini tək-tək həll edilməsi və Məhəmməd (s) ümmətinin daha çox gücləndirilməsinə səbəb olan amillərə zəmin yaradılması üçün bir meyar ola bilər”.
Çıxışının sonunda dəyərli qonaqlara, İslami Şura Məclisinin rəhbərinə, onunla onuncu parlamentə həmkar olmuş bu konfransın təşkilatçılarına təşəkkür edən İslam İnqilabının Rəhbəri İslam şəhidlərinə, xüsusilə sionist rejim qarşısında müqavimət göstərmiş böyük şəhidlərə, müqavimət cəbhəsinin bütün sədaqəli əsgərlərinə, habelə İslam Respublikasının banisi və Fələstin məsələsinə daha çox əhəmiyyət vermiş mərhum İmama (r.ə) Allahdan rəhmət dilədi.
Həzrət Ayətullah Xamenei habelə bu iclasdakı çıxışına başlamazdan əvvəl bu günün Amerikanın qaradərili müsəlmanlarının rəhbəri olmuş Malkolm X-nın şəhadətinin ildönümünə təsadüf etdiyini xatırladaraq iştirakçılardan onun ruhuna fatihə oxumalarını təvəqqe tdi.
İslam İnqilabının Rəhbəri çıxışını başa vurduqdan sonra “Fələstin İntifadasına Dəstək” adlı Beynəlxalq Konfransda iştirak etmiş qonaqların bir qrupu ilə yaxından görüşüb söhbət etdi.