MÜBAHƏLƏ; Haqqı batildən ayıran səhnə

Nəşr tarixi:05/07/1395
Tehran, 26.09.2016 – Həzrət Ayətullah Üzma Xamenei "mübahələ" gününün həqiqətləri işıqlandırmaqda istisnayi bir gün olduğunu vurğulamış və bu günü "haqqı batildən ayıran səhnə" adlandırmışdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin əsərlərinin qorunması və nəşri dəftərxanasının rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Xamenei öz bəyanatının bir hissəsində "mübahələ" günü barədə açıqlama verərək bu günün həqiqətləri işıqlandırmaqda istisnayi bir gün olduğunu vurğulamış və bu günü "haqqı batildən ayıran səhnə" adlandırmışdır. Tarixdə yadda qalan hadisələrdən biri olan MÜBAHƏLƏ gününün yaxınlaşması münasibəti ilə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin 8 il öncə bu gün ilə əlaqədar etdiyi çıxışın bir hissəsini sizinlə paylaşırıq: "MÜBAHƏLƏ günü elə bir gündür ki, İslamın girami peyğəmbəri Həzrət Məhəmməd (s) öz ailəsinin ən əziz insani ünsürlərini (haqq və batilin üzləşdiyi) səhnəyə gətirir. Mübahələ mövzusunda ən mühüm məqam budur ki, bu hadisədə "ənfüsəna və ənfüsəkum - و انفسنا و انفسكم" (sizin canınız və bizim canımız) vardır, "nisaəna və nisaəkum -و نسانا و نساكم " (sizin qadınlarınızın və bizim qadınlarımız) vardır. Həzrət Peyğəmbər (s) özünə ən əziz olan insanları bu mübarizə üçün seçir və mübarizə səhnəsinə gətirir. Elə bir mübarizə üçün ki, onda haqq və batil cəbhəsi və haqq və batili bir-birindən ayıran ölçü və meyar hamıya aydın olacaq. Bu hadisədən öncə heç vaxt görünməmişdi ki, Həzrət Peyğəmbər (s) dinin təbliği və həqiqətin hamıya aydın olması yolunda öz əzizlərinin, övladlarının, qızının və İmam Əlinin (ə) ki, həqiqətdə Peyğəmbərin (s) qardaşı və xəlifəsidir, əlindən tutsun və meydana gətirsin. Buna görə də bu gün haqq və batil cəbhəsinin və haqq və batili bir-birindən ayıran meyarın hamıya aydınlaşmasında istisnayi bir rol ifa edir. Bu gün göstərir ki, həqiqəti bəyan etmək və həqiqəti çatdırmaq nə qədər mühüm bir məsələdir. Peyğəmbər (s) öz əzizlərini bir halda meydana gətir ki, qarşı tərəf idda edir ki, haqq qalacaq və batil İlahi əzab ilə məhv olacaq".