Səudiyyə Ərəbistanı növbəti dəfə Yəməni bombardman etdi

Nəşr tarixi:12/02/1395
Səudiyyə Ərəbistanı hərbi aviasiyası elan edilən atəşkəsə baxmayaraq yenidən Yəmən ərazilərini bombardman edib.
 Eastnews.org-a istinadla xəbər verir ki, Səudiyyə aviasiyası Yəmənin Səada, Cəuf, Mərib, Həcca, Taiz və paytaxt Səna şəhərinə zərbələr endirib.
Taiz vilayətinin Vaiziyyə qəsəbəsinin bombardmanı zamanı Səudiyyə Ərəbistanının dəstəklədikləri qruplaşmalar adı çəkilən vilayətin Ğəyl, Mutun və Məslub qəsəbələrini toplardan atəşə tutub.
Bundan əlavə Səudiyyə tərəfindən maliyyələşən muzdlu döyüşçülər Yəmənin Həmra məntəqəsinə hücum ediblər.