Livanlı sünni alim:

Şeyx Nimr bütün İslam dünyasının şəhididir

Nəşr tarixi:12/02/1395
Livanın paytaxtı Beyrutda Səudiyyə Ərəbistanı tərəfindən edam edilərək şəhid edilən, İslam alimi Şeyx Nimr ilə bağlı anım mərasimi keçirilib.
(Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, anım mərasimi Şeyx Baqir Nimrin şəhadətinin 100-cü günündə baş tutub. Mərasimdə çıxış edənlər, edamın Səudiyyə Ərəbistanı rejiminin dağılmasının başlanğıcı olacağını vurğulayıblar.
Tədbirdə çıxış edən livanlı sünni alim Şeyx Züheyr Cuayd, Şeyx Nimrin bütün İslam dünyasının şəhidi olduğunu qeyd edib. Anım mərasimində İraq baş nazirinin müşaviri Abbas Musəvi də iştirak edib.