Nigeriya müsəlmanları Şeyx Zəkzakinin həbsinə etiraz olaraq aksiyalara davam edirlər

Nəşr tarixi:06/12/1394
Dünən, 1 yanvar 2016-cı il, Nigeriya müsəlmanları müxtəlif şəhərlərdə yürüş təşkil edərək Şeyx İbrahim Zəkzakinin həbsinə etirazlarını bir daha elan etdilər.
2 Yanvar 2015 - Dünən, 1 yanvar 2016-cı il, Nigeriya müsəlmanları müxtəlif şəhərlərdə yürüş təşkil edərək Şeyx İbrahim Zəkzakinin həbsinə etirazlarını bir daha elan etdilər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Nigeriya İslam Hərəkatı"nın (İMN) rəsmi informasiya və xəbər portalına istinadla verdiyi xəbərə görə, dünən, cümə günü, 1 yanvar 2016-cı il, Nigeriya müsəlmanları ölkənin müxtəlif şəhərlərində, o cümlədən şimalda Gombe və qərbdə Sukutu şəhərlərində yürüş təşkil edərək şiələrin dini lideri Şeyx İbrahim Zəkzakinin həbsinə etirazlarını bir daha elan etdilər.
Etirazçılar əllərində şiələrin dini lideri Şeyx İbrahim Zəkzakinin şəkillərini tutmuş və şiələrin tutuqlanmasının hələ də davam etməsinə etiraz şüarları səsləndirirdilər.
İki həftə öncə Nigeriya hərbi qüvvələri şiələrin Zariya şəhərində məclisinə hücum edərək gülünc və uydurma bəhanələrlə onları qətliam etdilər və şiələrin dini lideri Şeyx İbrahim Zəkzakini həbs etdilər.