Nigeriyada məsciddə partlayış baş verdi və 20 nəfər öldü

Nəşr tarixi:06/12/1394
Nigeriyanın şimalında məscdiddə baş vermiş partlayış nəticəsində 20 nəfər həlak olub, 91 nəfər yaralanıb.
(Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV peyk xəbər şəbəkəsinə istinadla verdiyi xəbərə görə, Nigeriyanın şimal-şərqində yerləşən bir məsciddə dəhşətli partlayış baş verib
Nigeriya Böhranın İdarəetmə Təşkilatının sədri Məhəmməd Kənar deyib ki, partlayış bu gün Burno əyalətinin Mayduquri şəhərində baş verib.
Məhəmməd Kənar deyib ki, bu terror aktında 91 nəfər yaralanıb.
Partlayışın hansı səbəbdən baş verməsi barədə hələ ki məlumat verilmi, hələlik partlayışı heç bir qruplaşma da üzərinə götürməyib.
Qeyd edək ki, Boko Haram terror qruplaşması Cidari Polo şəhərinə hücum etmişdi.