`Məhəmməd Rəsulullah (s)` filmi dini liderlərə nümayiş olunub

Nəşr tarixi:06/12/1394
Dünən Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiq (ə) doğum günü və “Vəhdət həftəsi” münasibətilə Tehranda keçirilən "Birlik" konfransının iştirakçıları “Məhəmməd Rəsulullah” filmini izləyiblər
 Maide.az-a istinadla xəbər verir ki, Tehranda 29-cu Beynəlxalq İslami Vəhdət konfransı dekabrın 27-də öz işinə başlamışdı və bu gün konfransın bağlanış mərasimi keçirilib.

`Məhəmməd Rəsulullah` filmi bağlanış mərasimindən öncə film konfrans iştirakçılarına nümayiş olunub.
Konfransda dünyanın müxtəlif ölkələrindən 500-dən çox alim, siyasətçi və yazarın iştirak etdiyi bildirilir.