Yəməndə Quran-Kərimin qədim nüsxəsi tapılıb

Nəşr tarixi:06/12/1394
Yəmənin əl-Zale şəhəri sakini bu şəhərin cənubunda sıldırım dağlıq ərazilərdə mağaralardan birində Quran-Kərimin bir nüsxəsini tapıb.
(Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Yəmən Press internet portalı məlumat verir ki, bu Quran mumyalanmış şəkildə bir dərinin içərisinə qoyulmuş halda tapılıb.

Bu Quranda hərflərin nöqtə və eerabı yoxdur və ilk səhifəsində isə "yoxsul tərəfindn 200-cü hicri qəməri ilində ilahi dərgaha yazılmışdır" cümləsi müşahidə olunur.