Bəhreynli nazir şiələr əleyhinə müharibə elan etdi

Nəşr tarixi:06/12/1394
Avropa İnsan Hüquqları Təşkilatının Bəhreyn məsələləri üzrə katibi bəhreynli nazirin son çıxışını şiələrin əleyhinə müharibə elanı kimi dəyərləndirib.
(Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm” peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Hüseyn Cavad Pərviz - Avropa İnsan Hüquqları Təşkilatının Bəhreyn məsələləri üzrə baş katibi, bəhreynli nazir Raşid bin Abdullah Ali-Xəlifənin son çıxışını şiələrin əleyhinə müharibə elanı kimi dəyərləndirib və Raşidin sözlərini Ali-Xəlifənin zülm və cinayətlərini ört-basdır etməyə çalışmaq adlandırıb.
Hüseyn Cavad Pərviz - Avropa İnsan Hüquqları Təşkilatının Bəhreyn məsələləri üzrə baş katibi, bu məsələni elan edərək dedi: bəhreynli nazir Raşid bin Abdullah Ali-Xəlifənin son çıxışı bunun nişanəsidir ki, Bəhreyndə hələ də böhranlar davam edir. Həmçinin Ali-Xəlifə rejimi tərəfindən Şeyx Əli Salmanın (Fivaq təşkilatının baş katibi), İbrahim Şərif (Və`d cəmiyyətinin keçiş baş katibi) və digər siyasi aktivistlərin hökmünün təyidi göstərir ki, bu zalim rejim yeni oyun oynamaq istəyir.
Xatırladaq ki, dünən, 21 Fevral 2016, Bəhreynin dövlət naziri Raşid bin Abdullah Ali-Xəlifə bir çıxışında iddia etmişdi ki, İran İslam Respublikasının Bəhreyndə müdaxilə etməsini təsdiqləyən ciddi şahid və dəlillərimiz vardır ki, ölkənin daxili təhlükəsizliyini təhdid edir və Tehran istəyir ki, Bəhreyndə də digər İslami və Ərəbi ölkələrdə olduğu kimi qarşıdurmalar yaransın və ölkədə hakimiyyəti ələ keçirən parlamentdə onun da tərəfdarları olsun.
Qeyd edək ki, Bəhreynin cəmiyyətinin əksəriyyətini şiələr təşkil edir, amma çox az rifah və qüdrətə sahibdirlər və həmçinin dövlət tərəfindən həmişə təqib olunurlar.