Bəhreynli ruhani sürgün edildi

Nəşr tarixi:06/12/1394
Bəhreynli ruhani, bu ölkənin Alimlər Şurasının üzvi Höccətul-İslam vəl-müslimin Şeyx Məhəmməd Xocəstə Livana sürgün edilib.
 (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynli ruhani, bu ölkənin Alimlər Şurasının üzvi Höccətul-İslam vəl-müslimin Şeyx Məhəmməd Xocəstə Livana sürgün edilib.
Bəhreynin alimlərinin, dini, siyasi və ictimai fəallarının etirazlarına baxmayaraq Bəhreyn Alimlər Şurasının üzvi Höccətul-İslam vəl-müslimin Şeyx Məhəmməd Xocəstə sürgünə göndərilməsi hökmü icra olunub.
"Mir`atul-Bəhreyn” xəbər və informasiya portalnın verdiyi məlumata görə, Bəhreyn Alimlər Şurasının üzvi, siyasi və ictimai aktivist Şeyx Məhəmməd Xocəstə Livanın paytaxtı Beyruta sürgün edilib.
Qeyd edək ki, bir müddət öncə Bəhreyn rejim məhkəməsi ruhani Şeyx Məhəmməd Xocəstənin vətəndaşlıqdan məhrum edilməsi və ölkədən sürgün edilməsinə dair qərar qəbul etmişdi.
Bəhreyn Ruhaniləri Şeyx Məhəmməd Xocəstənin sürgün edilməsinə etiraz əlaməti olaraq bəyanat verib və deyiblər: Ölkəni qorumaq siyasi məsulların lütfi deyil ki, bununla lovğalansınlar. Bəlkə bu məsələ xalqın ata-babalarından isr olaraq bu günə çatmış bir danılmaz haqq və faktdır. Buna görə də hökumətin haqqı çatmır ki, kimisə sürgün etsin və ya vətəndaşlığı əlindən alınsın.
Ali Xəlifə rejimi son bir neçə ildə xalq hərakatının qarşısında aciz qaldığı üçün Bəhreynin mübariz insanlarını xüsusi ilə şiələri ölkə vətəndaşlıqından çıxardır və onların əvəzinə digər ölkələrdən fərqli inanc və düşüncə sahiblərini Bəhreyn vətəndaşlığına qəbul edir ki, uzun müddətdən sonra da olsa ölkənin təfəkkür tərzini çevirsin.
Xatırladaq ki, indiyədək Ali Xəlifə rejimi 350 nəfəri vətəndaşlıqdan məhrum edib ki, onlardan 13 nəfəri alim və ruhanidir. Vətəndaşlıqdan çıxarılan bəzi ruhanilər digər ölkələrə sürgün edilib.