Məkkədə hacıların üzərinə aşan kran hadisəsi ilə bağlı istintaq işi başlanıldı

Nəşr tarixi:13/07/1394
Beynəlxalq şöbə: Məkkə şəhərində Kəbədə ziyarətdə olan hacıların üzərinə aşan "Ben Laden" şirkətinin qaldırıcı kranın hadisəsi ilə bağlı istintaq işi başladı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) ərəbistanın "səbq" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Məkkə şəhərində Kəbədə ziyarətdə olan hacıların üzərinə aşan "Ben Laden" şirkətinin qaldırıcı kranın hadisəsi ilə bağlı yaradılmış araşdırma komitəsi həftənin cüməaxşamı günü şirkətindən məsullarını sorğulama və istintaq işinə başladı.
Müqəddəs Kəbədə qaldırıcı kranın hacıların üstünə aşması hadisəsindən sonra Ərəbistan şahı Salman bin Əbdüləziz ümumi prakrorluğdan istəyib ki, Ben Laden tikinti şirkətinin məsulları ilə bağlı istintaq işini məhkəməyə təhvil versin. Şirkətinin fəaliyyəti dayandırılıb və məsullarına ölkədən xaricə çıxmaq qadağası qoyulub.
Müqəddəs Kəbədə qaldırıcı kranın hacıların üstünə aşması hadisəsin hacılardan 110 nəfər vəfat etmiş və 230 nəfər isə yaralanmışdı.