Misir alimləri Həcc ayinlərinin necə yerinə yetirilməsinin idarəçiliyində dəyişiklik tələb etdilər

Nəşr tarixi:01/07/1394
Beynəlxalq şöbə: Məkkə şəhərində Məscid əl-Həramda Həcc ayinləri yerinə yetirən hacıların üzərinə kaldrıcı kranın aşması hadisəsindən sonra, Misirin bir-neçə nüfuzlu və vəzifəli alimi də Həcc ayinlərinin necə yerinə yetirilməsinin və ayinlərin keçirilməsinin idarəçiliyində dəyişiklik tələb edən şəxsiyyətlərin sırasına qatıldılar.
İQNA-nın (Beynəlxalq Quran Xəbrə Agentliyi) "ŞƏFƏQNA" xəbər portalına istinadən verdiyi xəbərə görə, Şeyx Salman – Misirin Vəqflər Nazirinin müşaviri, bir bəyaniyyə yayaraq elan etdi: Cümə gününün qanlı hadisəsi Həcc ayinlərinin icrası zamanı baş verən ilk hadisə deyildi və mütləq son hadisə də olmayacaqdır. Ərəbistanın siyasi və məzhəbi rəsmilərinin və məsullarının idarəçilik və müdiriyyət növünü nəzərə alaraq deyə bilərik ki, bu cür bədbəxt hadisələr yenə də təkrar olacaqdır.
Əşrəf Fəhmi – Misirin əl-Əzhər universitetinin tanınmış ustadı, Məkkənin qannlə hadisəsi ilə bağlı Riyaz hökumətini sərt tənqid edərək dedi: Səudiyyə rəsmiləri artıq Həcc ayinlərinin və bu böyük İslami toplantının necə yerinə yetirilməsinin və ayinlərin keçirilməsinin idarəçiliyində bacarıqsız olduqlarına etiraf etməli və gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün ciddi və sürətli işlər görməlidirlər.
İran İslam Respublikasının bir çox nüfuzlu alim və rəsmiləri, o cümlədən Milli İslam Milli Şurası Məclisinin rəisi Dr. Əli Laricani səudiyyəlilərin Həcc ayinlərinin və bu böyük İslami toplantının necə yerinə yetirilməsinin və ayinlərin keçirilməsinin idarəçiliyində bacarıqsız olduqlarını demiş və onları sərt tənqid etmişlər.
Qeyd edək ki, Məscidul-Həramda baş verən qanlı hadisə zamanı 107 nəfə hacı öz canını əldən vermiş və 238 nəfər yaranlanmışdır.