Almaniyada 100 illik məscidin qalıqları tapılıb

Nəşr tarixi:16/06/1394
nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "trt.net.fr" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərinin 60 km-liyində yerləşən Brandenbruq əyalətinin Vünsdorf şəhərinin "Halbmondlager" düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı I Dünya Müharibəsindən qalma 100 illik məscidin qalıqları tapıldı.
I Dünya Müharibəsi zamanı əsir alınan Afrika, Asiya, Hindistan, Mərakeş, Tunis və Əlcəzair kimi ölkələrdən təxminən 4 min müsəlman əsgər Vünsdorf şəhərindəki əsir düşərgəsində saxlanılmışdı.
Almaniyada-100-illik-m%c9%99scidin-qal%c4%b1qlar%c4%b1-tap%c4%b1l%c4%b1b
Berlin Azad Universitetinin arxeoloqları tərəfindən aparılan qazıntı işlərində simlər, taxta günbəzə aid  hissələr və məscid pəncərələrinin parçaları tapılıb. Araşdırmaçılar heyətinin rəisi professor "Bernbeck"in dediyinə görə məscidin 1916 - cı ildə istifadəyə verildiyi, 1925-26-c illər arasında isə dağıldığı açıqlanıb. Taxta məscidin minarəsinin 23 metr uzunluğunda olduğu bildirilib.
Mütəxəssislərin iddialarına görə, Almaniyanın ən qədim məscidi olan bu məsciddən günümüzə çox az qalıqlar qalıb. Berlin Azad Universitetinin açıqlamasında buna səbəb olaraq məscidin yerləşdiyi sahənin əvvəl nasist rejimi dövründə, daha sonra isə Sovet ordusu tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyi göstərilib