Mədinə əl – münəvvərə şəhərində 500 illik miniatür Quran sərgisi

Nəşr tarixi:09/06/1394
Beynəlxalq şöbə: Mədinə əl – Münəvvərə şəhərində Sentyabar ayının 5-dən etibarən Quran – Kərimin 5 əsr bundan öncəyə aid olan miniatür bir nüsxəsinin ümumi sərgisi olacaq.
nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ərəbnyuz" qəzetinin internet portalına istinadən verdiyi xəbərə görə, "Məlik Əbdüləziz" təşkilatının təşəbbüsü ilə Mədinə əl – Münəvvərə şəhərində Sentyabar ayının 5-dən etibarən Quran – Kərimin 5 əsr bundan öncəyə aid olan miniatür bir nüsxəsinin ümumi sərgisi olacaq.  
Bu qədimi miniatür Quran – Kərim nüsxəsindən əlavə sərgidə Quran – Kərimin dünyanın müxtəlif ölkələrindən gətirilmiş tarixi nüsxələri də sərgiyə qoyulacaqdır.
Bu sərgidə həmçinin İslamın ilk dövrlərinə aid olan əlyazma nüsxələr, daş, sümük, və yarpaqlara yazılmış Quran ayələri və Həzrət Peyğəmbərin (s) hədisləri sərgiyə qoyulacaqdır.
Həmçinin Məscidul-Həram və digər kitabxanalarda saxlanılan qədim əlyazma kitabların elektron nüsxəsi də bu sərgidə nümayiş etdiriləcəkdir.