Ərdəbilin Cümə namazı xətibi:

Amerika və Avropa Qarabağı Azərbaycandan qoparmaq istəyir

Nəşr tarixi:25/05/1394
İQNA: Amerikanın pis niyyəti Orta Şərq ölkələrini parçalamaqdır! Vəliyyi-Fəqihin Ərdəbil əyalətində nümayəndəsi və Cümə imamı dedi: Amerikanın qoşun qərargah rəisisinin “İraqın böhranın həlli yolu təkcə təcziyə olunmasıdır” barədə dedikləri göstərir ki, ABŞ bu region barədə pis niyyətdədir və onların Orta Şərqdə hərəkətləri bu pis niyyət və hiylələrindən xəbər verir.
İQNA-nın ŞƏBİSTAN xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Ayətullah Seyid Həsən Amuli - Vəliyyi-Fəqihin Ərdəbil əyalətində nümayəndəsi və Cümə imamı, dünən, 14 avqust, Cümə namazının xütbələridə Ərdəbilin “İmam Xomeyni müsəllası”nda dedi: ABŞ siyasətçiləri bizim regionu təciyə etmək və parçalamaq üçün başlarında pis xəyallar qurublar. Onlar bu niyyətlərinə çatmaq üçün İranı qarşılarına maneə görürlər və deyirlər ki, İran öz region siyasətini dəyişdirməli, İraq və Suriyadan çıxmalıdır.

Seyid Həsən Amuli İranın regionda, xüsusilə də İraq və Suriyada hidayətedici hüzuruna işarə edərək dedi: Əgər İraqn bu iki ölkədə olmasaydı indiyədək ABŞ Suriya və İraqı xırda dövlətlərə parçalamışdı. Onlar bu ölkələri parçalamaq üçün qruplaşmaları və iqtidarda olan dövlətləri ağır tələfatlara vadar edəcəkdi və sonra onlar naçar olub parçalanmaya razılıq verəcəkdilər. Necə ki, Sudan da 2 milyon nəfər sionistlərin verdiyi silahla öldürüləndən sonra bu ölkəni Cənuba və Şimala böldülər. Sonra da İsrail cənubi Sudanda öz hərbi qərargahını yerləşdirdi.

Ayətullah Seyid Həsən Amuli öz çıxışında Suriya ermənilərinin Qarabağa köçürülməsinə işarə edərək dedi: Bu məsələ Azərbaycan dövlətinin ərazi bütövlüyünün tapdalanmasıdır. Və göstərir ki, Avropa və Amerika Qarabağı Azərbaycandan ayırmaq üçün qəti plan hazırlayıblar.

Həsən Amuli əsgərlərlə görüşü zamanı “biz mənəvi və məzhəbi etiqadımızı gücləndirərək Qarabağı alar bilərik” deyən müdafiə nazirinə də öz təşəkkürünü bildirərək, Qarabağın azad olunacağına ümidləndiyini bildirib.