Əl – Əqsa məscidinin xətibi:

Qüds və əl – Əqsa məscidi İslam ümmətinin qırmızı xəttidir

Nəşr tarixi:13/05/1394
Beynəlxalq qrup: Şeyx İsmayıl Nəvahizə - Əl – Əqsa məscidinin xətibi, keçən həftənin Cümə namazı xütbələrində İslam ümmətini və müsəlmanları dini və milli birliyə, mövcud ixtilafların kənara qoyulmasına səslədi.
İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin Dini İşlər Təşkilatının rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə, Şeyx İsmayıl Nəvahizə - Əl – Əqsa məscidinin xətibi, keçən həftənin Cümə namazı xütbələrində işğalçı sionist rejiminin əl – Əqsa məscidinə hücum və təcavüzlərinə işarə edərək İslam ümmətini və müsəlmanları dini və milli birliyə, mövcud ixtilafların kənara qoyulmasına səslədi və vurğuladı: Qüds və əl – Əqsa məscidi İslam ümmətinin qırmızı xəttidir və bu ikisinə göz yummaq müsəlmanlar üçün qeyri-mümkündür.  
O, sözünün davamında Qüdsü və əl – Əqsa məscidini İslam tarixinin ayrılmaz bir hissəsi adlandıraraq dedi: Görəsən, hələ də zamanı və vaxtı çatmamışdır ki, bütün ərəblər, fələstinlilər və bütün İslam ümməti İlahi yolda qədəm götürsünlər və vahid qüdrətə çevirilsinlər?! Görəsən, müsəlmanların İlahi ipə sarılma və təfriqədən əl çəkmək zamanı gəlmədimi? Müsəlmanlar nə vaxtadək öz aralarında mənasız və boş çəkişmələrə davam edəcəklər?
Əqsa məscidinin Cümə namazı xətibi xütbələrinin sonunda dedi: Müsəlmanlar Qüds xalqının fəryadını eşitmirlərmi? Onların sionistlərin qarşısında gözyaşlarını və zəlil olduqlarını görmürlərmi? Ey ərəb əmirləri, nə üçün sakit dayanmısınız, haradadır sizin böyüklük və möhtəşəmlik iddianız? Siz fələstinli qadınların və məzlumların an-naləsini və fəryadını eşitmirsinizmi?