Kəbənin pərdəsi BMT-də dalğalandı

Nəşr tarixi:13/05/1394
Tehran(IQNA)- Müqədddəs Kəbənin üzərinə çəkilən pərdəsi BMT iclasında dalğalanıb.
Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Nyuyorkda keçirilən iclasda, Ərəbistanın BMT-də olan nümayəndəsi bu pərdənin hazırlanmasından və 1983-üncü ildə Məlik Fəhd tərəfindən də bu pərdənin BMT-yə hədiyyə edilməsindən danışıb.
 
BMT baş katibi də öz növbəsində Kəbəyə məxsus olan bu pərdənin iclas salonlarının birində yerləşdirilməsindən məmnun olduğunu bildirib.