Şiəliyin kafir elan edilməsi haramdır, şiələr müsəlmandır

Nəşr tarixi:05/05/1394
Əl-Əzhər Universiteti nümayəndəsi Abbas Şuman şiə üləması ilə sünnü alimləri arasında keçiriləcək bir sessiyanın son dərəcə faydalı olacağını qeyd edib və şiəliyə mənsub olanları kafir elan etməyin haram olduğunu bu sessiyada daha güclü şəkildə bildirəcəyini söyləyib.
Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Maide.az-a istinadla xəbər verir ki, Şuman sünnülərlə şiələr arasında keçiriləcək iclasın çox müsbət nəticələr daşıyacağını söyləyib və nəticələri bu şəkildə sıralayıb:

1- Şiələrin və sünnülərin can və mallarının nüfuzunun gözlənilməsinin vacib olduğunun çatdırılması.

2- Şiə və sünnünün bir-birinə hücum etməsinin haram olduğunun elan edilməsi.

3- Sünnü üləması və şiə mərcə alimləri Peyğəmbərin əshabına və yoldaşlarına hörmət göstərməyin vacib və zəruri olduğunu bildirəcəklər.

4- Qarşı məzhəbə inanmağa zorlamanın qadağan olduğu elan ediləcək.

5- Ölkələrin ərazi bütövlüyünə hörmət göstərildiyi və başqa əraziləri işğal etməyin haram olduğu vurğulanacaq.

6- İfratçı dəstələrdən və onların havadarlarından müdafiə olunacaq.

7- İslam dininin yayılması üçün lazım olan ümumi bir yolun inkişaf etdirilməsində təsirli olacaq dini və insani ortaqlıqlar ön plana çıxarılacaq.

Əl-Əzhər Universitetinin şiəliyi rəsmi şəkildə tanımaması lazım olduğu fikrini müdafiə edənləri tənqid edən Abbas Şuman belə danışıb: Əl-Əzhər Universiteti heç bir müsəlmanı kafir elan etməz. Buna görə də İmamiyyə və Zeydiyyə şiələrini İslamın rəsmi məzhəbi sayır. Belə ki, bu mövzu bir çox doktorluq dissertasiyasının mövzusu olmuşdur və kitabxanalarımızda yer alır.

"Şiələrin də müsəlmanların bir qrupu olduğunu" vurğulayan Şuman belə deyib: Bu məsələ Əl-Əzhər Universitetinin bütün alimləri tərəfindən qəbul olunan bir məqamdır. Şeyx Əhməd Tayyibin keçirəcəyi iclasda da bu həqiqət güclü şəkildə vurğulanacaq.