Zərif: Təhdid dövrü başa çatıb

Nəşr tarixi:29/04/1394
İran XİN rəhbəri deyib: Təhdid dövrü başa çatıb və bütün təzyiqlər qarşısında dayanan xalq ilə yalnız hörmət əsasında dialoq aparılmalıdır.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü gecə İranın 3-cü telekanalı ilə müsahibədə deyib: Bir iranlını təhdid edən heç bir kəsin sonu yaxşı olmayıb. 
Zərif bu telemüsahibədə həmçinin deyib: İran xalqı özünə qarşı təzyiqlərin nəticəsiz və faydasız olduğunu sübut etdi və bu xalq ilə yalnız hörmət əsasında rəftarın edilməli olduğunu dünyaya göstərdi. 
İran XİN rəhbəri sözlərinin davamında əlavə edib: İran xalqı bir tərəfdən müqavimət və anlaşmaya, digər tərəfdən isə ağıl və məntiqə əsaslanaraq hərəkət edir, ilahi qüdrətdən başqa heç nəyə əhəmiyyət vermir və bütün digər qüdrətləri puç hesab edir. 
İranın xarici işlər naziri daha sonra deyib: İran xalqı həmrəylik və yekdillik nişanəsidir və siyasi baxışlarından asılı olmayaraq, İran İslam Respublikasının izzəti və başucalığı ardıncadır. 
İran İslam Respublikasının xarici işlər naziri həmçinin, dünən İran və 5+1 qrupu arasında anlaşmanın əldə olunmasından sonra regional əməkdaşlıqların genişlənəcəyindən xəbər verib.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif Fitr bayramı münasibəti ilə İslam və Ərəb ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış müraciətdə deyib: Nüvə müzakirələrinin yekun nəticəsinin təsdiq edilməsi və onun ardınca nüvə anlaşmasının icraya qoyulması ilə ikitərəfli və regional əməkdaşlıqlar genişlənəcək. İranın xarici işlər naziri əlavə edib: Şibhəsiz İranın nüvə fəaliyyətləri ətrafında yaradılan qondarma böhranın diplomatik yolla həll edilməsinin ardınca regional və beynəlxalq əməkdaşlıqlar üçün münasib şərait yaranmış olacaq. 
Zərif həmçinin öz müraciətində İslam ölkələri üçün sülh, əmin-amanlıq, dostluq və rifah arzu edib