Ruhani: İran heç vaxt başqalarını hədələmək ardınca olmayıb

Nəşr tarixi:10/04/1394
İran İslam Respublikası prezidenti vurğulayıb ki, İran dövləti və xalqı heç vaxt başqalarını hədələmək və kütləvi qırğın silahı ardınca olmayıb.
Təsnim xəbər agentliyinin məlumatına görə, Həsən Ruhani dünən media mənsubları ilə iftar ziyafətində deyib: Qarşı tərəf razılaşmanı pozarsa, ağlınasığmaz dərəcədə kəskin olacağıq.
Ruhani sonra deyib: İran nüvə müzakirələrində bu hədəfin təmini ardınca olub ki, öz dinc nüvə proqramını şəffaflaşdırmağa hazır olduğunu desin və hamı bilsin ki, "İran hökuməti gizli surətdə kütləvi qırğın silahı ardıncadır" cümləsi, töhmətdən başqa bir şey deyil.
İran İslam Respublikası prezidenti əlavə edib: Müzakirələrdə olan digər hədəf, belə bir reallığı göstərməkdir ki, İran İslam Respublikası problemlərin həlli üçün başqaları ilə dialoq aparmaq və məntiq əhli olduğuna görə, müzakirə masası arxasındadır. 
İran Milli Təhlükəsizlik Ali Şurasının sədri 22 ay müzakirələrdə anlaşma və dialoq yolunun daha ciddi şəkildə izlənildiyini bildirərək, deyib: Bu qənaətdəyəm ki, bu müzakirələr tərəflər üçün uduş-uduş nəticəsinə malik olmuş olacaq. Zira əgər qarşı tərəf iddia edirsə ki, İranda nüvə silahının düzəldilməsinə mane olmaq istəyir, hərçənd İran elə əvvəldən onun ardınca olmayıb və olmayacaq, bu hədəf onlar üçün əldə olunacaq. Çünki biz quruluşun nüvə məsələsindəki yolunu yaxşı şərh etməyə qadirik.
Ruhani sonra söyləyib: İranın da hədəfi budur ki, dinc nüvə texnologiyası yolunu davam etdirə və zalımcasına sanksiyaları aradan götürə bilsin.